Kremldən “Sarmat” insidentinə münasibət

Dünya

23.09.2024 14:45

Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı Sarmat qitələrarası ballistik raketinin sınağı zamanı insidentlə bağlı məlumatı şərh etməyib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Peskovun sözlərinə görə, Kremldə raket sınaqları ilə bağlı hər hansı məlumat yoxdur.

“Bu, daha çox ordumuzun səlahiyyətinə aid olan bir məsələdir. Ona görə də ora getməyi məsləhət görürəm” deyə Rusiya prezidentin mətbuat katibi qeyd edib.

Xatırladaq ki, Rusiyanın nüvə qitələrarası raketi RS-28 “Sarmat” sınaq zamanı mədəndə partlayıb. 

Bildirilir ki, raket sentyabrın 20-də və ya 21-də Plesetsk kosmodromunun yaxınlığındakı mədəndə partlayıb. Partlayış nəticəsində sınaq sahəsi məhv olub.

Günəş Mərd

tag: Peskov ,Rusiya, Sarmat ,Partlayış, Plesetsk ,Kreml ,todaypress.az,