Kremldən Qərbə xəbərdarlıq: Əgər onlara toxunsanız...

Dünya

12.06.2024 10:00

Qərbdə rus mətbuatının təqibi qəbuledilməzdir və belə davam edərsə, Rusiya Federasiyası cavab tədbirləri tətbiq etmək məcburiyyətində qalacaq”.

TodayPress xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz Telegram kanalında Moskvada işləyən avstriyalı jurnalistin akkreditasiyasının ləğvi ilə bağlı məsələyə açıqlama verərkən deyib.

O, Avstriya Radio və Televiziyasının (ORF) Moskva bürosunun müxbiri Mariya Knieps-Vittingin akkreditasiyasının ləğvinin Rusiyanın TASS agentliyinin müxbiri İvan Popovun Avstriyadan qovulması ilə bağlı məsələyə cavab olduğunu deyib.

O, həmçinin jurnalistlərə qarşı təqiblərin Qərb ölkələri üçün xarakterik olduğunu, Qərb mediasının jurnalist etikasını itirdiyini deyib.

Nərmin Tuncay

tag: Rusiya, Zaxarova, Kreml, Jurnalist, todaypress.az,