Kreml Zurabişviliyə cavab verdi
Dünya
15.10.2024 15:13
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkəsinin Rusiya hökuməti tərəfindən idarə olunduğu və hakim “Gürcü Arzusu” partiyasının parlament seçkilərinin nəticələrini saxtlaşdırmaq istədiyi barədə sözlərinə münasibət bildirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Gürcüstan bizim qonşumuzdur. Siz bizim ikitərəfli münasibətlərimizdəki bütün fəsadları bilirsiniz. Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstan hakimiyyətinə qarşı təzyiq göstərmək cəhdlərini görürük. Bizə gəlincə, biz Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmırıq və bunu etmək niyyətində də deyilik” deyə Kreml nümayəndəsi jurnalistlərlə keçirdiyi brifinq zamanı qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Salome Zurabişvili “Financial Times”a müsahibəsində bildirib ki, Gürcüstanda 2012-ci ildən hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.
Günəş Mərd
tag: Gürcüstan, Rusiya ,Qərb ,Salome Zurabişvili, Kreml, todaypress.az,