Kreml Ukrayna üzrə danışıqların ilkin şərtlərini açıqladı
Dünya
05.09.2024 10:23
“Hindistanın Ukraynadakı münaqişənin həllinə kömək etmək imkanı var, lakin hazırda danışıqlar üçün heç bir ilkin şərt yoxdur”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Hindistanın baş naziri Narendra Modinin Rusiya, Ukrayna və ABŞ ilə sərbəst əlaqə saxlamaq imkanı var. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə Modi arasında münasibətlər olduqca konstruktivdir.
Bütün bunlar, Hindistana beynəlxalq arenada öz çəkisindən istifadə etmək üçün yaxşı imkanlar yaradır.
Töhfə Səməd
tag: Hindistan, Ukrayna ,Rusiya, Dmitri Peskov, ABŞ,Putin, todaypress.az,