Kreml Trampın Ukrayna ilə bağlı planından danışdı

Dünya

06.11.2024 14:20

2821

“Liderlər vəzifəyə gəldikdən sonra tez-tez ton dəyişirlər”. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov seçkilərdə qalib gələn ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq planını şərh edərək deyib. 

"Bəli, bu bəyanat kifayət qədər vacibdir, lakin indi qələbədən sonra bəzən belə bəyanatlar fərqli çalar alır" Kreml rəsmisi bildirib.  

O, əlavə edib ki, Rusiya vəziyyəti izləyir, təhlil edir və konkret sözlərə və konkret addımlara əsaslanaraq nəticə çıxaracaq. 

Günəş Mərd

tag: Lider, Rusiya, Peskov, Ukrayna, ABŞ,Qələbə, Kreml, todaypress.az,