Kreml təşvişdə: Putin Krım körpüsü ilə bağlı göstəriş verdi
Rusiya prezidenti Vladimir Putin Krım körpüsünün təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Krım körpüsünün və digər mühüm infrastruktur obyektlərinin də təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib” deyə o, qeyd edib.
Peskov hansı obyektlərdən söhbət getdiyini dəqiq açıqlamayıb.
Günəş Mərd
tag: Rusiya ,Vladimir Putin,Krım,Peskov,todaypress.az,