Kreml Putin və Ərdoğan arasında təmaslara ümid edir
Dünya
11.09.2024 15:51
Kreml Kazanda keçirilən BRICS sammitində Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında təmaslara ümid edir.
TodayPress xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə məlumat verib.
“Biz Kazanda keçiriləcək BRICS sammitində iki prezident arasında təmaslara ümid edirik” deyə Peskov bildirib..
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRICS-ə tamhüquqlu üzvlük üçün müraciət etdiyini, ona baxılacağını bildirib. Onun sözlərinə görə, Türkiyə prezidenti BRICS sammitində iştirak etmək üçün dəvəti qəbul edib.
Günəş Mərd
tag: Putin, BRICS, Dmitri Peskov, Ərdoğan, Kreml ,Kazan ,todaypress.az,