Kreml: “Orban Putinlə telefon danışığında əsirləri dəyişməyi, atəşkəs elan etməyi təklif edib”

Dünya

12.12.2024 16:59

Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zaman yeni il öncəsi əsir mübadiləsi və Milad atəşkəsi elan etməyi təklif edib.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Kyev Orbanının bütün təkliflərini rədd edib.

Peskov Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskvadakı Macarıstan səfirliyinə mübadilə üçün əsirlikdə olanların siyahısını təqdim etdiyini, lakin Ukraynanın Orbanın təşəbbüsünü rədd etdiyini söyləyib.

tag: Rusiya, Orban, Peskov, Rədd ,todaypress.az,