Kreml nüvə silahı ilə bağlı mümkün danışıqları şərh etdi
Dünya
14.10.2024 15:10
“Rusiya təhlükəsizlik məsələlərində təmasların zəruriliyini anlayır, lakin indiki vəziyyətdə nüvə silahı ilə bağlı ABŞ ilə danışıqlar apara bilmir”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
Peskova Rusiyanın digər ölkələrlə, o cümlədən ABŞ ilə nüvə potensialının azaldılması ilə bağlı danışıqlar apara biləcəyi sualı verilib.
Kreml nümayəndəsi cavab verib ki, ABŞ, Böyük Britaniya və Fransanın birbaşa və dolayısı iştirakı ilə Rusiyaya qarşı aparılan müharibə zamanı bu barədə danışmaq qətiyyən mümkün deyil.
“Rusiya bu cür təmasları zəruri hesab edir və onu ikinci plana qoymaq olmaz. Amma biz mövcud vəziyyəti nəzərə alaraq bütün təhlükəsizlik məsələlərini kompleks şəkildə nəzərdən keçirməliyik” Peskov qeyd edib.
Günəş Mərd
tag: Kreml ,Nüvə, Rusiya, ABŞ, Böyük Britaniya,Fransa ,todaypress.az,