Kreml: Moskva və Vaşinqtonun yanaşması fərqlidir
Avropa ölkələrinin Ukrayna məsələsinə yanaşması balanssızdır və münaqişənin davam etməsinə xidmət edir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA”ya açıqlamasında bildirib.
“Avropanın yanaşması balanslı deyil. Əksinə, bu daha çox müharibəyönümlü mövqedir və silahlı qarşıdurmanın uzadılmasına yönəlib. Bu, Moskvada və hətta Vaşinqtonda nümayiş etdirilən yanaşmadan ciddi şəkildə fərqlənir” deyə Peskov vurğulayıb.
Qiymət Mahir
tag: Avropa,Ukrayna,Rusiya,Kreml,todaypress.az,