Kreml Mertsin uduzmasına münasibət bildirdi
“Avropa İttifaqı fərqli dünya görüşünə malik siyasi qüvvə və şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərlə doludur”.
TodayPress xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyada keçirilən kansler seçkisində Fridrix Mertsin uğursuzluğu ilə bağlı şərhində səsləndirib.
Peskov bu məsələnin Almaniyanın daxili işi olduğunu vurğulasa da, Avropada siyasi plüralizmə yer olmadığını bildirib:
“Avropa siyasi mənzərəsi, dominant baxışlara uyğun gəlməyən qüvvələrə və şəxslərə qarşı saysız-hesabsız restriktiv addımlarla doludur”.
Qiymət Mahir
tag: Avropa İttifaqı, Dmitri Peskov,Rusiya ,Almaniya,todaypress.az,