Kreml İranın Ukrayna ilə bağlı mövqeyini şərh etdi

Dünya

24.09.2024 15:03

İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi suverendir, lakin Rusiya öz fikrini ölkə rəhbərliyinə çatdırmağa davam edəcək. 

TodayPress “RİA” ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. 

İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Ukraynadakı vəziyyəti Avropa İttifaqı və ABŞ nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Tehran heç vaxt Ukrayna ərazisinə hücumu bəyənməyib. 

“Bu, İranın suveren mövqeyidir. Biz öz mövqeyimizi və Ukrayna ətrafındakı bu münaqişə ilə bağlı hər şeyi iranlı dostlarımıza izah etməyə davam edəcəyik” Peskov bildirib. 

Kreml nümayəndəsinin sözlərinə görə, Tehranın mövqeyinə baxmayaraq, Rusiya və İran arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr çox müsbət inkişaf edir və genişlənəcək.

Günəş Mərd

tag: Kreml, İran ,Məsud Pezeşkian ,Nyu-York, Ukrayna ,Tehran, todaypress.az,