Kreml: “Heç kim Rusiya və KXDR arasındakı hərbi razılaşmalardan narahat olmamalıdır”

Dünya

31.10.2024 15:30

Rusiya ilə KXDR arasında hərbi sazişlər heç kimi qorxutmamalı və narahat etməməlidir.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Şimali Koreya ilə Strateji Tərəfdaşlıq Sazişinin bütün sahələrdə əməkdaşlığı nəzərdə tutduğunu vurğulayıb. 

“Biz imzaladığımız sazişə sadiq qalırıq. Qonşumuzla bütün sahələrdə münasibətləri inkişaf etdiririk və bu, heç kimi qorxutmamalı və narahat etməməlidir” Peskov qeyd edib. 

Kreml nümayəndəsinin sözlərinə görə, qonşu dövlətlər kimi münasibətləri inkişaf etdirmək həm KXDR-in, həm də Rusiyanın suveren hüququdur.

Günəş Mərd

tag: Kreml, Rusiya, Peskov, Saziş, Nümayəndə, todaypress.az,