Kreml Finlandiyanın neft tankerini saxlaması məsələsini şərh etmir
Dünya
27.12.2024 16:13
Kreml Finlandiyanın Kuk adaları bayrağı altında hərəkət edən neft tankerinin "EstLink 2" sualtı kabelinə, eləcə də Estoniya ilə Finlandiya arasında olan digər iki kabelə ziyan vurmaqda şübhəli bilinərək saxlanılması məsələsini şərh etmir.
TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Mən dəqiq bir şey deyə bilmərəm, bu, çox ciddi məsələdir. Prezident administrasiyasının səlahiyyətinə aid deyil” deyə Kremlin sözçüsü bildirib.
Töhfə Səməd
tag: Kreml, Neft ,Tanker, Prezident, todaypress.az,