Kreml Ərdoğanın Krımla bağlı açıqlamasını şərh etdi
“Rusiya və Türkiyənin Krımın sahibliyi ilə bağlı fikir ayrılıqları var, lakin Ankara Moskva ilə münasibətləri inkişaf etdirir”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisi Türkiyənin yarımadanın statusu ilə bağlı mövqeyini şərh edərkən “Bu mövzu türk dostlarımızla aramızda mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir” deyə vurğulayıb.
Peskov əlavə edib ki, Rusiya tərəfi öz mövqeyini Türkiyəyə çatdırmaq üçün bütün vasitələrdən istifadə edəcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn tələblərinə görə, Krımın Ukraynaya qaytarılmalı olduğunu bildirmişdi.
Günəş Mərd
tag: Rusiya ,Peskov, Türkiyə, Kreml ,Rəcəb Tayyib Ərdoğan ,todaypress.az,