Kreml BRICS-ə dəvət olunan ölkələrin sayını açıqladı

Dünya

10.10.2024 17:40

1794

Oktyabrın 22-dən 23-dək Kazanda keçiriləcək BRICS dövlətlərarası assosiasiyasının sammitinə 38 ölkəyə dəvət göndərilib. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

“Sammitdə iştirak üçün 38 ölkəyə dəvət göndərilib. Onlara assosiasiya üzvləri və BRICS ilə əməkdaşlıq etmək istəyən dövlətlər daxildir. Artıq 32 ölkə iştirakını təsdiqləyib. Onlardan 24-nü ölkə liderləri təmsil edəcək” o, qeyd edib.

Uşakov əlavə edib ki, sammitdə ənənəvi olaraq ölkələrin liderləri, dövlətlərin ikinci və ya üçüncü tərəfləri ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatı (BMT), Müstəqil Dövlət Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dövlətlərinin baş katibləri iştirak edəcəklər.

Günəş Mərd

tag: Kazan,BRICS,Yuri Uşakov,Rusiya ,BMT,MDB,ŞƏT,Aİİ,todaypress.az,