Kreml Avropanın öz ordusunu Ukraynaya göndərmək planlarını şərh etdi
Dünya
25.11.2024 17:52
“Avropada hərbi əməliyyatlarda iştirak etmək üçün öz hərbi kontingentini Ukraynaya göndərmək təşəbbüsü ilə bağlı birlik yoxdur”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə ki, əvvəllər Avropanın müxtəlif paytaxtlarından öz hərbi qüvvələrini Ukrayna münaqişəsində iştirak etmək üçün göndərmək barədə fikirlər səslənirdi. Lakin bu təşəbbüsün xeyrinə olmayan müxtəlif əks arqumentlər də göstərilirdi. Ona görə də avropalıların bu məsələdə ümumi rəyi yoxdur, amma bəziləri buna razıdır” Kreml nümayəndəsi qeyd edib.
Peskov onu da vurğulayıb ki, bu məlumatın reallığa nə dərəcədə uyğun gəldiyi məlum deyil.
Qeyd edək ki, daha əvvəl “Le Monde” qəzeti mənbələrə istinadən xəbər verib ki, Avropa ölkələrində Ukraynaya şəxsi hərbi şirkətlərdən (PMC) hərbi personal və ya döyüşçülərin göndərilməsi ilə bağlı danışıqlar bərpa olunub.
Günəş Mərd
tag: Avropa, Kreml, Ukrayna, Peskov, Rusiya,todaypress.az,