Kreml ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişini şərh etdi

Dünya

14.01.2025 15:08

ABŞ Cənubi Qafqazda sabitləşdirici rol oynamayıb. Rusiya Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazırdır.

TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, Ermənistan KİV-ləri xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinkenin bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədi imzalayacaqları barədə məlumat yayıb.

tag: Rusiya, Peskov, Kreml, ABŞ ,todaypress.az,