Kreml ABŞ ilə gizli diplomatiyada yeni fiquru irəli verir

Dünya

15.05.2025 12:05

9

Rusiya ilə ABŞ arasında aparılan danışıqlarda yeni əsas fiqur ortaya çıxıb. Braun Universitetinin Uotson adına Beynəlxalq və İctimai Siyasət İnstitutunun elmi əməkdaşı Çez Friman bildirib ki, Rusiya Federasiyasının Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev hazırda ABŞ ilə aparılan gizli diplomatik danışıqlarda Moskvanın əsas nümayəndəsinə çevrilib.

TodayPress xəbər verir ki, Friman bu barədə “Lenta.ru”ya açıqlamasında danışıb və Dmitriyevin ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun analoji rolunu Rusiya tərəfdən yerinə yetirdiyini vurğulayıb.

Frimanın sözlərinə görə, Uitkoff hazırda ABŞ-nin Rusiya ilə bütün təmaslarını kurasiya edir, çünki Donald Trampın ona olan etibarı istisna dərəcəsindədir. Dmitriyev isə oxşar şəkildə prezident Vladimir Putinin şəxsi diplomatik emissarı funksiyasını daşıyır.

Qiymət Mahir

tag: Rusiya ,ABŞ ,Donald Tramp,Kreml,todaypress.az,