Krasnodara PUA hücumu oldu, neft emalı zavodu yandı
Dünya
22.07.2024 09:26
Rusiyanın Krasnodar vilayətinin Tuapse şəhərinə PUA hücumu olub. HHM-lərin dəqiq atəş zərbələri nəticəsində qurğu zərərsizləşdirilib. PUA-nın qalıqları neft emalı zavoduna düşüb.
TodayPress, “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.
Bildirilib ki, hücum nəticədə zavodda yanğın baş verib. Alov vaxtında ram edilib. İlkin məlumata görə, müəccəyə ziyan dəysə də, itki olmayıb.
Xatırladaq ki, iyulun 21-də axşam saatlarında Ukraynanın şimal-şərqindəki Xarkov şəhərində silsilə partlayışlar baş verib. Xarkov vilayətində hava hücumu xəbərdarlığı rekord müddətə - 38 saatdan çox davam edib. Partlayışlar nəticəsində bir çox yer ziyan görüb.
Töhfə Səməd
tag: Rusiya, Hücum, Zavod, Yanğın, Ziyan, todaypress.az,