Kral Çarlz üçün Versal sarayında şam yeməyinə 475 min avro xərcləndi
Dünya
31.07.2024 08:00
2023-cü ilin sentyabrında
Böyük Britaniya Kralı Çarlz üçün Versal sarayında Fransa Prezidenti Emmanuel
Makron tərəfindən verilən rəsmi ziyafət 475 min avroya başa gəlib.
TodayPress xəbər
verir ki, bu barədə Fransa auditinin hesabatında bildirilib. Qeyd olunub ki,
prezident administrasiyası Hindistanın Baş naziri Narendra Modi üçün Luvr
muzeyində təşkil olunan ziyafətə 412 min avro xərcləyib.
Auditdə bildirilib ki, Fransa
prezidenti administrasiyası 2023-cü il üçün xərcləri 125,5 milyon avro təşkil
edib. Buna Prezident Makronun diplomatik və prezidentlik vəzifələri, habelə
administrasiya, kadrlar, təhlükəsizlik və əmlakın idarə edilməsi ilə bağlı xərclər
də daxildir.
Hesabatda həmçinin Yelisey
sarayının səfər təşkilatçılığı da tənqid edilib. Prezidentin 12 səfərinin ləğvi
nəticəsində 830 min avrodan çox vəsait itirilib. Təkcə 2023-cü ilin iyulunda
Almaniyaya planlaşdırılan, lakin sonradan ləğv edilən səfər təxminən 500 min
avro itkiyə səbəb olub.
tag: Kral, Çarlz, Versal, Fransa, Ziyafət, todaypress.az,