Kot-d'İvuarda iki marşrut taksisi toqquşub, 26 nəfər öldü
Dünya
07.12.2024 15:25
Kot-d'İvuarın qərbində iki marşrut taksisinin toqquşması nəticəsində azı 26 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, daha 28 nəfər yaralanıb.
Kot-d'İvuar KİV-i qəzanın avtomobillərdən birinin təkərinin partlaması nəticəsində baş verdiyini qeyd edir. Toqquşma nəticəsində yanğın başlayıb və bu, taksidə olan insanların ölümünə əsas səbəb olub.
tag: Avtobus ,Toqquşma ,Ölüm ,Yanğın ,todaypress.az,