Kosova dövlət qurumlarında "Tik-Tok"un istifadəsini qadağan etdi

Dünya

28.06.2024 20:41

Kosovo hökumətinin bugünkü kabinet iclasında “TikTok”  sosial şəbəkəsinin bütün dövlət qurumlarında qadağan edilməsinə səs verilib.

TodayPress xəbər verir ki, qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq kibertəhlükəsizliyi artırmaq məqsədilə qadağan edilib.

Qadağanın səbəblərini sadalayan Dobra bunları deyib:

“Kibertəhlükəsizliyi artırmaq üçün Daxili İşlər Nazirliyi Kosovo Respublikası hökumətinə “TikTok” sosial şəbəkə tətbiqinin və onun  xidmətlərinin bütün dövlət elektron rabitə şəbəkələrində və rəsmi informasiya-kommunikasiya texnologiyalarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etməyi tövsiyə edir.”

“TikTok “sosial şəbəkə xidmətlərinin fəaliyyətini dayandırmaq üçün dövlət qurumlarının lazımi texniki məhdudiyyətlər qoymalı olduğunu deyən Dobra, bütün dövlət məmurlarının “TikTok” tətbiqini və quraşdırma fayllarını rəsmi cihazlardan silmək məcburiyyətində olduğunu vurğulayıb.

Dobra onu da əlavə edib ki, qəbul edilən qərar ölkənin Kibertəhlükəsizlik Qanununa və müttəfiq ölkələrin gördüyü tədbirlərə uyğundur.

Təklif kabinet üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

GÜNEL

tag: Kosova, Dövlət qurumları, Qadağa, "Tik-Tok", todaypress.az,