Kosmosa səyahət etmək istəyənlərin diqqətinə - Turların tarixi açıqlandı
Turistlərin kosmosa getməsi üçün nəzrdə tutulmuş “Polaris Dawn” özəl kosmik missiyasının bir həftə sonra işə salınması planlaşdırılır.
TodayPress xəbər verir ki, bu barədə “Space News” məlumat yayıb.
Bildirilib ki, göyərtəsində dörd turistin olacağı “Crew Dragon” modulu ilə “Falcon 9” raketinin buraxılışı avqustun 26-na planlaşdırılır.
Beş gün davam edəcək səyahətdə kosmik gəmi 1400 kilometr yüksəklikdə yer kürəsinin aşağı orbitinə buraxılacaq. Gəminin Yerlə əlaqəsi “Starlink” peykləri vasitəsilə həyata keçiriləcək.
Töhfə Səməd
tag: Turistlər, Kosmos, Polaris Dawn,Raket,Falcon 9, todaypress.az,