Kosmosa səyahət ən çox hansı cinsin nümayəndəsinə təsir edir? -ARAŞDIRMA

Dünya

16.06.2024 19:00

Alimlər kosmos səyahətinə qadınların nisbətən kişilərdən daha davamlı olduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmada tədqiqatçılar kosmos səyahətinin immunitet sisteminə necə təsir etdiyini araşdırıblar.

Alimlər 2021-ci ildə SpaceX -in “Inspiration4” missiyası çərçivəsində aşağı Yer orbitində üç gün olmuş iki qadın və iki kişi, həmçinin keçmişdə oxşar səyahətlərə çıxmış 64 astronavtın məlumatlarını təhlil ediblər.

Tədqiqatçıların ilkin nəticələrinə görə, kişi genlərinin fəaliyyəti qadınlara nisbətən daha çox pozulur. Bundan əlavə, kişilərin genlərində meydana gələn qüsurların Yerə qayıtdıqdan sonra normal vəziyyətə düşməsinin xeyli zaman aldığı bildirilib.

“İndiyə qədər toplanmış məlumatlar göstərir ki, kişilər kosmos səyahətində genlərin tənzimlənməsi və immun reaksiyası baxımından daha həssasdırlar” deyə vurğulayan alimlər, bu tendensiyaları təsdiqləmək üçün daha çox araşdırmalara ehtiyac olduğunu deyiblər.

GÜNEL

tag: Kosmos, Araşdırma, Yer, Aya səyahət, todaypress.az,