Kosaçev: “Moskva qərarların mərkəzindədir”
Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev Vladimir Putinin 15 may üçün təklif etdiyi birbaşa danışıqlarla bağlı mövqeyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.
Bildirib ki, bu gün Moskva dünya siyasətinin və qərarların qəbulunun əsas mərkəzinə çevrilib, təşəbbüs isə Rusiyanın əlindədir.
“Hazırda iki ssenari var: birincisi, Qərbin təklif etdiyi danışıqsız atəşkəsdir ki, bu da Ukraynanın qüvvələrini yenidən qruplaşdıraraq döyüşləri davam etdirməsinə imkan verəcək. İkincisi isə – danışıqlar vasitəsilə sülhə aparan yoldur. Bu yol son üç ildə Rusiyanın hərbi və siyasi səyləri ilə formalaşıb” deyə yazıb.
Qiymət Mahir
tag: Rusiya, Konstantin Kosaçev,Vladimir Putin,Ukrayna,todaypress.az,