Körpünün uçması nəticəsində 12 nəfər öldü

Dünya

02.01.2025 09:25

Braziliyada çay üzərindəki körpünün uçması nəticəsində ölənlərin sayı artıb.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.    

Məlumata görə, Maranhao və Tokantins əyalətlərini birləşdirən Juselino Kubitçek de Oliveyra körpüsünün uçması nəticəsində ölənlərin sayı 12-yə çatıb.  

Hadisə dekabrın 22-də baş verib. Körpü uçduqdan sonra itkin düşən beş nəfərin axtarışları davam etdirilir.

tag: Körpü ,Juselino, Maranhao ,Kubitçek, todaypress.az,