Koronavirusun yeni ştammı sürətlə yayılır

Dünya

21.09.2024 17:10

Rusiyada koronavirusun yeni XEC ştammı sürətlə sürətlə yayılmağa başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Qeyd olunub ki, XEC omikronunun iki əvvəlki alt variantının - KS.1.1 və KP.3.3-ün birləşməsindən yaranıb.  

Onun simptomları koronavirusun digər növlərinə bənzəyir. Bu virusa yoluxanlarda da qızdırma, boğaz ağrısı, öskürək, qoxu itkisi, iştahsızlıq, bədən ağrıları, yorğunluq, baş ağrısı və burun axması kimi hallar müşahidə olunur. 

Bildirilib ki, mütəxəssislər daim yeni koronavirus infeksiyasına yoluxma hallarını izləyib digərləri ilə müqayisə edirlər.

Günəş Mərd

tag: Virus ,Simptomlar, Koronavirus ,İnfeksiya, Yoluxma ,todaypress.az,