Koreyalıların impiçment tələbi: Ölkə prezidenti istefa verəcək?

Dünya

02.07.2024 15:50

Cənubi Koreya prezidenti Yoon Suk Yeolun vəzifəsindən uzaqlaşdırılması üçün ölkədə başladılan petisiyaya on minlərlə insan qatılıb. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, iyunun 20-də parlamentin internet saytında paylaşılan petisiyanı artıq 810 mindən çox insan imzalayıb.

Yoon korrupsiyaya yol verməkdə, Şimali Koreya ilə müharibə riskini artırmaqda ittiham olunub.

Qanuna görə, parlament 50 mindən çox insanın imzaladığı vəsatətləri komissiyaya verməli və komissiya bu vəsatətlərin səsə qoyulub-qoyulmayacağına qərar verməlidir.

Günəş Mərd

tag: Koreyalılar, Prezident, Yoon Suk Yeol, Parlament, Korrupsiya, Qərar, todaypress.az,