Koreyada hotel yanğınında 6 nəfər öldü
Dünya
23.08.2024 04:47
Cənubi Koreyanın Puçxon şəhərində hoteldə
baş verən yanğın nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap"
agentliyi məlumat yayıb.
“Yanğın doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsində
baş verib, alov bütün binaya yayılmayıb, lakin səlahiyyətlilər tüstüdən
ölənlərin sayının artacağından ehtiyat ediblər” məlumatda bildirilib.
Yanğının söndürülməsinə 150 yanğınsöndürən və 46 ədəd
xüsusi texnika cəlb olunub.
tag: Çin,Koreya,Puçxon, Yanğın,todaypress.az,