Konsert zamanı amerikalı müğənnini yarasa dişlədi
Amerikalı müğənnini konsert zamanı yarasa dişləyib.
TodayPress CNN -ə istinadla xəbər verir ki, İspaniyada qastrol səfərində olan amerikalı müğənnini Taylor Momseni konsert zamanı yarasa dişləyib.
Momsen mahnını ifa edərkən tamaşaçılar qəfil qışqırmağa və müğənninin ayağına işarə etməyə başlayıblar. Məlum olub ki, səhnəyə uçan yarasa Momsenin ətəyindən yapışaraq ayağını dişləyib. Momsen isə konsertdə xaos yaranmaması üçün hadisəni soyuqqanlılıqla qəbul edib. Ayağında yarasa mahnını ifa etməyə davam edib.
GÜNEL
tag: Amerika, Müğənni, Momsen, Yarasa, todaypress.az,