Konqres Trampı Ukraynaya yardım etməyə məcbur edəcək

Dünya

23.11.2024 12:49

ABŞ Konqresi Donald Trampın Ağ Evə qayıtması ərəfəsində Ukraynaya yardım haqqında qanuna yeni prezidentin onu ləğv edə bilməməsi üçün düzəlişlər üzərində işləyir. 

TodayPress xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Demokratlar və Respublikaçı partiyalardakı ukraynapərəst qanunvericilər Ukraynanı dəstəkləyən əsas müddəaların yanvar ayına kimi qəbul edilməsi üçün çalışırlar. Qeyd olunur ki, bu, Tramp administrasiyasının hakimiyyətə gəlməsi səbəbindən Ukraynaya ediləcək yardımların təhlükədən qorumaq cəhdidir. 

Qanun qəbul olunarsa, Trampdan daim Ukraynadan hərbi və iqtisadi dəstək istəməsi tələb olunacaq.   

Konqresin aşağı palatasının sözçüsü bildirib ki, bir sıra qanunvericilər qanun layihəsinin müddəalarını Milli Müdafiə Səlahiyyəti Aktına düzəlişlərə çevirmək üçün çalışırlar.

Nəşrin məlumatına görə, hazırda ABŞ qanunvericiləri arasında bu düzəlişlərin hansı formada elan ediləcəyi ilə bağlı konsensus yoxdur, halbuki Trampın andiçmə mərasiminə cəmi üç həftə qalıb.

Günəş Mərd

tag: Tramp, Ukrayna, Konqres, Milli Müdafiə, ABŞ, todaypress.az,