Konqoda torpaq sürüşməsi oldu, ölənlər var
Dünya
24.11.2024 07:48
Konqo Demokratik Respublikasının şərq
hissəsində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı
doqquz nəfər ölüb.
TodayPress bu barədə xarici mətbuata istinadən
xəbər verir.
Ölkənin şərq regionunun rəhbəri Tomas Bakenqa ölənlərin
yeddisinin uşaq olduğunu bildirib. O, qeyd edib ki, Cənubi Kivu əyalətinin
Kabulu bölgəsində qeydə alınan hadisə nəticəsində ölənlər qadın və yeddi
uşağıdır.
Hadisə zamanı həmçinin itkin düşənlər var. Onların
axtarışı və xilasetmə işləri davam edir. Bildirilir ki, güclü yağış və torpaq
sürüşmə nəticəsində ölənlərin sayı arta bilər.
Yerli qeyri-hökumət təşkilatlarından biri bildirib ki,
təbii hadisə nəticəsində 31 ev zərər çəkib. Təşkilat güclü yağışlar və torpaq
sürüşmələri nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, Konqoda torpaq sürüşmələri tez-tez baş
verir. Apreldə baş verən hadisə nəticəsində azı 12 nəfər ölüb. Ötən ilin dekabr
ayında leysan və torpaq sürüşmələri nəticəsində azı 40 nəfərin öldüyü
bildirilib.
tag: Konqo, Yağış, Tomas, Ekologiya,Torpaq, Sürüşmə, todaypress.az,