Konqoda minə yaxın insan meymunçiçəyindən öldü
Dünya
05.10.2024 20:33
Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox”
(meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın
insan ölüb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin səhiyyə
naziri Samuel Roje Kamba bildirib.
“2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 31 minə
yaxın “mpox”a yoluxma hadisəsi və bu virusla bağlı 988 ölüm hadisəsi baş verib”
o deyib.
Nazir əlavə edib ki, ölənlərin 70%-i beş yaşa qədər olan uşaqlardır.
“Ölkənin 26 əyalətinin hamısında mpox xəstəliyinə yoluxma
halları müəyyən edilib. Konqo hökumətinin planlarına görə, 5 milyona qədər
insan peyvənd olunacaq”.
tag: Meymun Çiçəyi, Virus, Konqa, Mpox, todaypress.az,