Konqoda gəminin qəzaya uğraması nəticəsində azı 25 nəfər öldü

Dünya

30.07.2024 05:00

Konqo Demokratik Respublikasında (KDR), Konqo çayında gəminin çevrilməsi nəticəsində azı 25 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “Actualite” portalı məlumat yayıb.

Məlumata, ölənlərlə yanaşı, itkin düşənlər də var. Hazırda xilasetmə və axtarış tədbirləri davam etdirilir.

Göyərtəsində 50 sərnişinin olduğu gəmi iyulun 28-də Kindu şəhərindən çıxıb və qeyri-müəyyən şəraitdə batıb.

tag: KDR, Gəmi, Qəza, Konqo çayı, todaypress.az,