Konqoda gəmi qəzasında 50 nəfər itkin düşdü
Dünya
16.09.2024 23:58
Konqo Demokratik Respublikasının
cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb,
daha 50 nəfər itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Agence
France-Presse” Kvanqo əyalətinin vitse-qubernatoru Remi Sakiyə istinadən
məlumat yayıb.
Onun sözlərinə görə, göyərtəsində 150 nəfərin olduğu gəmi
körpünün dayağına çırpılaraq batıb.
O qeyd edib ki, 100-dən az adam xilas edilib, itkin
düşənlərin axtarışı davam etdirilir.
tag: Konqo, Kvanqo,Remi Sakiyə,Qubarnator, todaypress.az,