Konqoda 37 nəfər edam cəzasına məhkum edildi
Dünya
13.09.2024 12:00
Konqo Demokratik
Respublikasında məhkəmə may ayında ölkədə dövlət çevrilişinə cəhddə iştirak
etdiyinə görə 37 nəfəri edam cəzasına məhkum edib.
TodayPress xəbər verir ki, bu haqda yerli “Actualité”
nəşri məlumat yayıb.
Məlumatda edam cəzasına məhkum edilmiş 37 nəfərdən ikisinin ABŞ
vətəndaşı olduğu bildirilir.
Həmçinin bu iş üzrə 13
nəfərin bəraət aldığı bildirilir.
tag: Konqo, Məhkəmə, Edam, ABŞ, Cəza, todaypress.az,