Konqoda 37 nəfər edam cəzasına məhkum edildi
Dünya
13.09.2024 22:34
Konqo Demokratik Respublikasında məhkəmə may ayında ölkədə dövlət çevrilişinə cəhddə iştirak etdiyinə görə 37 nəfəri edam cəzasına məhkum edib.
TodayPress xəbər verir ki, bu haqda yerli “Actualité” nəşri məlumat yayıb.
Məlumatda edam cəzasına məhkum edilmiş 37 nəfərdən ikisinin ABŞ vətəndaşı olduğu bildirilir.
Həmçinin bu iş üzrə 13 nəfərin bəraət aldığı bildirilir.
tag: Edam, Konqo, ABŞ, Məhkum,todaypress.az,