Konqoda 15 mindən çox insan meymunçiçəyinə yoluxdu

Dünya

16.08.2024 09:29

Konqo Demokratik Respublikasında (KDR) bu il mpox (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 15 mini keçib, 500-dən çox insan ölüb.

TodayPress “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Samuel Roje Kamba bildirib.

“2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 15 664 mpox-a yoluxma hadisəsi və bu virusla bağlı 548 ölüm hadisəsi baş verib” o, deyib.

Nazir əlavə edib ki, ölkənin 26 əyalətinin hamısında yoluxma qeydə alınıb.

tag: Konqo Demokratik Respublikası, Meymunçiçəyi, Hadisə,Samuel Roje Kamba, Yoluxma, todaypress.az,