Konqo və Uqandanın hərbi qüvvələri onlarla yaraqlını məhv etdi
Konqo Demokratik Respublikası
və Uqandanın hökumət bölmələri son yeddi gündə "Demokratik Qüvvələrin
Alyansı" (DQA) ekstremist qruplaşmasının 20-dən çox döyüşçünü məhv edib.
TodayPress
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Konqo ordusunun rəsmi nümayəndəsi,
leytenant Jül Nqonqo bildirib.
"İturi əyalətinin Mambasa
bölgəsindəki Lolva meşə massivində yaraqlılar məhv edilib. Konqo və Uqanda
hökumət qüvvələrinin itkiləri beş ölü və iki yaralıdır" o deyib.
Konqo və Uqanda bölmələrinin
DQA döyüşçülərinə qarşı birgə əməliyyatı iki həftə əvvəl başlayıb. Yaraqlılar
nizamsız şəkildə Konqonun qərbinə geri çəkilir, yoldakı kəndləri qarət ediblər.
Mambas bölgəsindən Qaçqınların köçü başlayıb.
Nqonqo hökumət qüvvələrinin ayrı-ayrı DQA qruplaşmalarının birləşməsinin qarşısını almaq üçün manevr etdiyini bildirdi. (report.az)
tag: Konqo, Uqanda, DQA, Nqonqo, Ekstremist, todaypress.az,