Komitə sədrindən nikbin proqnoz: Rusiyada inflyasiya azalacaq
Dünya
22.07.2024 18:40
“Rusiya inflyasiyanın 4 faizlik hədəf səviyyəsinə 2026-cı ildə çatacaq”.
TodayPress xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin ikinci yarısında Rusiyada inflyasiya azalmağa başlayacaq. Ancaq bundan sonra nə baş verəcəyi siyasətdən asılı olacaq. Bundan başqa, istehlak xarakterli artan dövlət xərcləri də öz təsirini göstərəcək.
Aksakovun fikrincə, 2025-ci ildə Rusiya Bankı əsas faiz dərəcəsini aşağı salmağa başlayacaq.
Töhfə Səməd
tag: Rusiya, Aksakov, Bank, Komitə, todaypress.az,