Kolumbiyada təyyarə qəzası, ölənlər var

Dünya

12.01.2025 10:15

Kolumbiyanın şimal-qərbində kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 8-də itkin düşdüyü bildirilən “Pacifica Travel” şirkətinə məxsus təyyarə Kolumbiyanın şimal-qərbindəki Antiokia departamentində qəzaya uğrayıb.

Bildirilib ki, təyyarədə iki ekipaj üzvü və səkkiz sərnişin olub.

tag: Kolumbiya,Təyyarə,Qəza,Pacifica Travel,Antiokia ,todaypress.az,