Kolumbiyada bir kənddən 6 cəsəd tapıldı

Dünya

26.06.2024 08:37

Cənubi Amerika ölkəsi Kolumbiyada qətlə yetirilən 6 nəfərin cəsədi tapılıb.

TodayPress xəbər verir ki, Kolumbiya mətbuatında yer alan xəbərə görə, ölkənin Antioquia inzibati bölgəsindəki Kabeçeras kəndində cəsədlər aşkarlanıb.

Hadisə yerinə gələn polis qrupları 6 nəfərin odlu silahla öldürüldüyünü müəyyənləşdirib.

Bölgədə torpaqların skan edilməsi ilə məşğul olan bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, hücumu həyata keçirənlər avtomobil və motosikletlə ərazidən qaçıblar.

Şübhəlilərin tapılması üçün əməliyyat başladılıb.

 GÜNEL

tag: Kolumbiya, Cəsəd, İnzibati bölgə, Taorpaq, todaypress.az,