Kolumbiya prezidentinə təxribat hazırlanır

Dünya

13.09.2024 09:18

Kolumbiya prezidenti Qustavo Petro ölkədə ona qarşı sui-qəsdin və ya vəzifəsindən uzaqlaşdırmaq məqsədi ilə dövlət çevrilişi hazırlandığını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

“Artıq yaxın üç ayda prezidentin vəzifədən kənarlaşdırılması və ya devrilməsi üçün göstəriş verilib" deyə Petro qeyd edib. 

Ölkə prezidenti çevrilişin “Kolumbiya üslubunda” hazırlandığını bildirib. Petro, ölkə konstitusiyasının ölkə liderinin toxunulmaz olduğunu bildirən qanununa baxmayaraq, onu devirməyə çalışdıqlarını vurğulayıb. 

Günəş Mərd

tag: Kolumbiya ,Qustavo Petro, Sui-Qəsd ,Konstitusiya, Devrilmə ,todaypress.az,