Kolumbiya prezidentinə qarşı sui-qəsd cəhdi oldu

Dünya

09.08.2024 09:35

Kolumbiyanın kəşfiyyat xidməti ölkə prezidenti Qustavo Petroya qarşı sui-qəsd cəhdindən xəbər tutub.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyinin rəhbəri İvan Velazkes danışıb. 

“Prezidentə qarşı həyata keçirilə biləcək hərəkətlərlə bağlı dəfələrlə müxtəlif səpkili məlumatlar təqdim olunub. Bu hücumla bağlı məlumat da var idi, təfərrüatlarını açıqlamayacağam” deyə nazir bildirib.

Venesuela hakimiyyəti məsələyə münasibət bildirib və prezident Petroya dəstək ifadə edib. Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil prezident Nikolas Maduronun adından bildirib ki, mümkün sui-qəsd cəhdinin məqsədi regionda sabitliyi pozmaqdır.

Günəş Mərd

tag: Kolumbiya, Prezident, İvan Velazkes, Venesuela, Sui-Qəsd, todaypress.az,