Kollec yaxınlığında silahlı insident: Ölən var

Dünya

08.06.2024 11:10

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində kollec yaxınlığında atışma olub. Nəticədə 5 nəfər yaralanıb. 

TodayPress xəbər verir ki, yaralılardan biri xəstəxanaya aparılanda yolda həyatını itirib. Atışmanın kolleclə əlaqəli olmadığı bildirilib. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.

tag: Kollec, Atışma, ABŞ, Kaliforniya, todaypress.az,