Kök insanların beyni daha gec qocalır: Araşdırma
Dünya
30.08.2024 06:23
Kök insanların beyni arıq insanlara nisbətən daha gec qocalır
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-də
məlumat yayılıb.
Bildirilib
ki, onların Alzheimerə olmalarında risk daha azdır. Araşdırmada məlum olub
ki, arıq insanların Alzheimerə yaxalanmaq riski köklərdən 18 dəfə daha çoxdur.
Məlumata
görə, bunun səbəbi kök insanlarda
vitamin çatışmazlığı probleminin az olması ilə bağlıdır.
Bundan başqa döş, qalın
bağırsaq, prostat xərçənginə kök insanlarda daha sıx təsadüf edilir. Həm uyğun
olmayan qidalanma həm də həyat şərtlərinin ağır olması köklüyün artmasına gətirib
çıxarır.
Dünya miqyasında bu xəstəlik üçün görülən tədbirlər təəssüf ki, kök insan sayının azalmasına imkan yaratmır. Əsas problem görünüş deyil, bunun insanlarda səbəb olduğu ciddi xəstəliklərdir. Kök xəstələrin yarısından çoxu keyfiyyətsiz həyat sürür. Onların təzyiq problemi, ürəkdə və başqa yerlərində ciddi problemlər yaranır.
Aynur TAC
tag: Kök,Xəstəlik,Yaddaş,Alzheimer,Xərçəng, todaypress.az,