Köhnə qitədə epidemiya təşvişi: ÖLÜMCÜL VİRUS SÜRƏTLƏ YAYILIR

Dünya

07.06.2024 16:24

İngiltərə İctimai Səhiyyə Agentliyi (UKHSA) ölkədə “E.Coli” epidemiyasının baş verdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, ölkə daxilində 113 nəfər adı çəkilən təhlükəli virusa yoluxub. Səlahiyyətlilər insanların “E.Coli” virusuna qidadan yoluxduğunu bildiriblər.

Simptomların şiddətli və bəzən qanlı ishal, mədə krampları, qusma və qızdırma olduğu vurğulanıb.

Yoluxmaların geniş coğrafi yayılmasına əsaslanaraq, çox güman ki, bu epidemiyaya ölkə miqyasında paylanmış hansısa qida məhsulu və ya məhsullarının səbəb olduğu qeyd edilib.

“Epidemiyanın mənbəyi hələlik təsdiqlənməyib. Lakin hazırda epidemiyanın açıq təsərrüfatlar, içməli su və ya dəniz suyu, göllər və ya çaylarla əlaqəli olduğuna dair heç bir sübut yoxdur" deyə vurğulanıb.

Səhiyyə rəsmiləri, “E.Coli”yə yoluxanların yaş aralığının 2 -79 olduğunu, xəstələrin əksəriyyətinin isə gənclər olduğunu nəzərə çatdırıblar.(lent.az)

tag: Virus, Sürət, E.Coli, Yoluxma, todaypres.az,