Kobaxidzedən Makrona TƏRS SİLLƏ
Dünya
07.01.2025 13:20
Gürcüstan Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda qeyri-sabitlik yaratmağa çalışmasına dair fikirlərinə münasibət bildirib.
TodayPress xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında Makronun sözlərini yalan adlandırıb.
O, Makrona diqqətini “qurban verilmiş və dağıdılmış” Ukraynaya yönəltməyi tövsiyə edib.
“Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm, bu, Ukrayna məhv olub” Kobaxidze bildirib.
tag: Kobaxidze ,Makron, Ukrayna ,Qeyri-sabitlik,todaypress.az,