Kobaxidze: “Zurabişvili seçki prosesini pozur”
Dünya
17.09.2024 18:35
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini seçki prosesinə müdaxilədə ittiham edib.
TodayPress “TASS”a istinadən xəbər verir ki, o, Zurabişvilinin partiya üstünlüklərini ifadə edərkən seçki qanunvericiliyini kobud şəkildə pozduğunu bildirib.
“Gürcüstan Konstitusiyasına görə, prezident partiyasız olmalıdır. Bu o deməkdir ki, seçki proseslərinə qarışmamalıdır. Bu, təbii ki, seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır” deyə hökumət başçısı bildirib.
O əlavə edib ki, prezidentin dəstəklədiyi radikal müxalifət birbaşa gürcü dəyərlərinə və respublikanın milli maraqlarına qarşı çıxır.
Günəş Mərd
tag: Gürcüstan, Baş Nazir, İrakli Kobaxidze ,Salome Zurabişvili ,Prezident ,todaypress.az,